Şəkidə yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, şəhərdə bir dam altında tikilən 6 ailənin yaşadığı birmərtəbəli evlərdən (arakəsmələr taxta və yüngül konstruksiyalardan ibarət) ümumi sahəsi 72 m² olan evin yanar konstruksiyaları 22 m² sahədə və dam örtüyü, ümumi sahəsi 54 m² olan evin yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü, ümumi sahəsi 82 m² olan evin yanar konstruksiyaları 57 m² sahədə və dam örtüyü, ümumi sahəsi 49 m² olan evin yanar konstruksiyaları, ümumi sahəsi 68 m² olan evin yanar konstruksiyaları və ümumi sahəsi 75 m² olan evin yanar konstruksiyaları yanıb. Evlərin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















