• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sevinc Vaqifqızı saxlanıldı - YENİLƏNİB

CƏMİYYƏT

21 Noyabr 2023 | 14:12

Sevinc Vaqifqızı saxlanıldı - YENİLƏNİB

"Abzas Media” saytının baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

    ***

    09:07

    “Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

    S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

    Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.

    Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR