Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında məlumat verib.
Ersin Tatar Prezident İlham Əliyevin aprelin 11-də Antalyada keçirdikləri ikitərəfli görüş zamanı onu Azərbaycana səfərə dəvət etdiyini bildirib.