• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Şirkətlərimiz Azərbaycanla əməkdaşlıqda maraqlıdır” - Çexiya səfiri

SİYASƏT

28 Oktyabr 2022 | 20:10 | Müəllif: Subhan Mahmudov

“Şirkətlərimiz Azərbaycanla əməkdaşlıqda maraqlıdır” - Çexiya səfiri

Mən Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Aİ Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutan dördtərəfli görüşün Cənubi Qafqazda sabitliyə töhfə verəcəyinə ümid edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Çexiyanın Milli Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.O, ölkəsinin dördətərfli görüşə ev sahibliyi etdiyinə şad olduğunu deyib. Diplomat Azərbaycan və Çexiya arasında iqtisadi tərəfdaşlığın inkişaf etdiyini vurğulayıb: "Bizim şirkətlərimiz enerji, yaşıl enerji, logistika, ağıllı şəhərlər sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır."

"Gələn il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Mən münasibətlərimizin inkişafına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Sülh, və rifah bizimlə olsun", - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026