• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sürücülərin NƏZƏRİNƏ: "VAZ dairəsi"ndə hərəkət sxemi YENƏ DƏYİŞDİRİLİR - YENİLƏNİB

CƏMİYYƏT

17 Oktyabr 2022 | 09:11 | Müəllif: Qalib İbrahimoğlu

Sürücülərin NƏZƏRİNƏ: "VAZ dairəsi"ndə hərəkət sxemi YENƏ DƏYİŞDİRİLİR - YENİLƏNİB

Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, bu, sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə edilir.

Yeni geri dönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.

***

16 oktyabr, 19:36

Keçmiş "VAZ dairəsi" yaxınlığında hərəkətin təşkilində dəyişiklik edilib

Bakıvaxtı.az xatırladır ki, bir müddət öncə Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində "Vaz" dairəsinin ləğvi əksər sürücülərin narahatlığına səbəb olmuşdu. Bəzi sürücülər dairənin ləğvini vaxt itkisi kimi qiymətləndirirdilər. Ərazidə yaşayanlar Xırdalan şəhəri və paytaxa getmək üçün Saray qəsəbəsinə gedən yeni yolda uzun məsafə qət etdikdən sonra geri dönüş edə bilirdilər. 

Bütün bu amillər nəzərə alınıb və aidiyyəti qurumlar nəqliyyatın hərəkət sxemində yenilik ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Vaqif Kərimov deyir ki, ərazidə təhlillər aparılıb və sözügedən yolda yeni geriyə dönmə yerinin yaradılmasına qərar verilib (xəzərxəbər).

Yaxın günlərdə işlərin tamanlanması planlaşdırılır. 


Sürücülərin NƏZƏRİNƏ: "VAZ dairəsi"ndə hərəkət sxemi YENƏ DƏYİŞDİRİLİR - YENİLƏNİBSürücülərin NƏZƏRİNƏ: "VAZ dairəsi"ndə hərəkət sxemi YENƏ DƏYİŞDİRİLİR - YENİLƏNİBSürücülərin NƏZƏRİNƏ: "VAZ dairəsi"ndə hərəkət sxemi YENƏ DƏYİŞDİRİLİR - YENİLƏNİBSürücülərin NƏZƏRİNƏ: "VAZ dairəsi"ndə hərəkət sxemi YENƏ DƏYİŞDİRİLİR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR