• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Şuşa” mahnısının təqdimatı keçirildi - FOTOLAR  

MƏDƏNİYYƏT

17 Noyabr 2021 | 18:01

“Şuşa” mahnısının təqdimatı keçirildi - FOTOLAR

Bu gün Əməkdar artist Xumar Qədimovanın yeni mahnısının təqdimatı olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin sözlərinə həsr olunan "Şuşa" mahnısının musiqisi Əməkdar artist Xumar Qədimovaya məxsusdur.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, millət vəkili Aqil Abbas, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Əməkdar jurnalist İradə Tuncay, akademik Könül Bünyadzadə, jurnalist Zemfira Məhərrəmli, bəstəkar-şair Xanım İsmayılqızı və bir çox tanınmış simalar, eləcə də media mənsubları iştirak ediblər.  
Rəşad Məcid bildirib ki, o, 1979-cu ildə Şuşaya həsr etdiyi “Cıdır düzü” şeirini yazıb. Bu gün isə o 42 ildən sonra yenidən azad Şuşaya şeir həsr etdi.

Xumar Qədimova bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi “İsa bulağı” mahnısı ilə gəlib: “Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, coşqu, çağırış və qələbə var”. 

 


“Şuşa” mahnısının təqdimatı keçirildi - FOTOLAR“Şuşa” mahnısının təqdimatı keçirildi - FOTOLAR“Şuşa” mahnısının təqdimatı keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR