• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ceyhun Səfərov yeni vəzifəyə TƏYİN OLUNDU 

CƏMİYYƏT

05 Avqust 2021 | 18:47 | Müəllif: Subhan Mahmudov

Ceyhun Səfərov yeni vəzifəyə TƏYİN OLUNDU

"Azəriqaz" İB-in keçmiş mətbuat katibi Ceyhun Səfərov yeni vəzifəyə təyin olunub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ceyhun Səfərov özü məlumat verib. 

Ceyhun Səfərov bildirib ki, "AzVirt" MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşavir vəzifəsinə təyin olunub: "Yeni bir istiqamətə start verdim. Artıq rəsmi olaraq yeni işimə başlamışam. Mən “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacağam. Hesab edirəm ki, bu da mənim üçün yeni bir mərhələdir. Əvvəl çalışdığım yerlərdə işimin öhdəsindən necə gəlmişəmsə, burda da səylə çalışıb, adını qeyd etdyim şirkətin rəhbərliyinin, kollektivinin etimadını doğrultmaqdan ötrü əlimdən nə gəlirsə edəcəyəm. Sizi bundan sonra işğaldan azad olunan ərazilərdə “AzVirt” MMC-nin reallaşdırdığı mühim yol və hava limanı tikintisi layihələri barədə geniş məlumatlandıracağam. Bütün jurnalist həmkarlarıma bizimlə uğurlu əməkdaşlıq arzulayıram! Bu müddət ərzində mənimlə maraqlanan hər bir insana dərin minnətdarlığımı bildirirəm".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR