Türkiyədə tarixi əsərlər oğurlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Quş adasında qeydə alınıb. Belə ki, jandarma qrupları tərəfindən şübhəli bilinən şəxsin üzərindən 32 ədəd bürünc sikkə və 4 ədəd tarixi əşya ələ keçirilib.
Sözügedən şəxslə bağlı cinayət işi başlanılıb və həbs cəzası verilib.
Qeyd edək ki, araşdırma zamanı tapılan tarixi əsərlərin Roma dönəminə aid olduğu məlum olub.
Xəyalə Rza

















