• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Türkiyə Aİ-dən cavab gözləyir” - Ərdoğan

DÜNYA

14 Iyul 2023 | 22:40 | Müəllif: Subhan Mahmudov

"Türkiyə Aİ-dən cavab gözləyir” - Ərdoğan

Türkiyə vizasız rejimə keçid və üzvlük danışıqlarının canlandırılması ilə bağlı Avropa İttifaqından (Aİ) cavab gözləyir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib.

“İndi biz Avropa İttifaqından cavab gözləyirik. Vilnüsdə NATO sammiti çərçivəsində biz Avropa İttifaqına üzv bütün ölkələrin liderləri ilə bu məsələləri ətraflı müzakirə etdik. Onların hamısı ilə görüşlər keçirdik və dedik ki, 52 ildir qapıda gözlətdiyiniz Türkiyəyə qarşı müsbət addımların atılmasını arzulayırıq”, - dövlət başçısı İstanbulda jurnalistlərin viza liberallaşdırılması və Avropaya inteqrasiyanın bərpası perspektivləri ilə bağlı sualını cavablandırarkən deyib.

Qeyd edək ki, R.T.Ərdoğanın Avropa liderləri və Aİ rəhbərliyi ilə təmasları nəticəsində Türkiyənin Avrointeqrasiya prosesinin intensivləşdirilməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunub. Xüsusilə, Türkiyənin bu məsələdə əsas hədəfləri arasında vizaların ləğvi və Aİ Gömrük İttifaqı çərçivəsində əməkdaşlıq kimi məsələlər var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026