Türkiyə və Macarıstan arasında ticarət həcmi hədəfi 6 milyard dollardan 10 milyard dollara çatıb.
Bakıvaxtı.az TRT Haber-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabağça Sarayında Macarıstan Baş naziri Viktor Orbanla görüşdən sonra bildirib.
Ərdoğan iqtisadi əməkdaşlığın mövcud mexanizmlərinin səmərəli işlədilməsi mövzusuna toxunub.
O, müdafiə sənayesi sahəsində irəliləyişlərin ticarət və investisiyalara müsbət təsir göstərəcəyini vurğulayıb.
Əli Hüseynov
Bakı 



