• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə vətəndaşı Ermənistanda saxlanıldı

DÜNYA

17 Avqust 2023 | 12:51 | Müəllif: Subhan Mahmudov

Türkiyə vətəndaşı Ermənistanda saxlanıldı

Ermənistanın İcevan şəhərində Türkiyə vətəndaşı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, sərnişinlər İcevan-Açacur reysi ilə hərəkət edən avtobusda telefonla türk dilində danışan “şübhəli şəxsi” görüblər. Ona Türkiyə telefon nömrələrindən zənglər gəldiyi üçün sərnişinlər sürücüdən avtobusu saxlamağı tələb edib və polisə müraciət ediblər.

Avtobusun sürücüsü bildirib ki, sərnişinlər əvvəlcə şübhəli şəxsin azərbaycanlı olduğunu düşünüblər, lakin polis onun azərbaycanlı deyil, türkiyəli olduğunu müəyyən edib.

“O, Türkiyədən idi, polislər gəlib şöbəyə apardılar, başqa heç nə bilmirdik”, – sürücü deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR