• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə helikopter qəzaya uğradı: ölənlər var

DÜNYA

04 Fevral 2024 | 09:27 | Müəllif: Subhan Mahmudov

Türkiyədə helikopter qəzaya uğradı: ölənlər var

Türkiyədə helikopter qəzası baş verib, iki pilot ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında Hatay hava limanından Qaziantep hava limanına uçan helikopter Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan 2 pilot vəfat edib, texniki işçi isə yaralanıb.

Nazir əlavə edib ki, Vahid Hava Əməliyyatları Mərkəzi helikopterlə son dəfə yerli vaxtla saat 22.49-da əlaqə saxlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026