Türkiyənin şimalında sel fəlakətindən ölənlərin sayı 82 nəfərə çatıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Qara dənizin qərbində baş verən sel fəlakəti nəticəsində Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfər həyatını itirib.
Qeyd edək ki, AFAD bundan əvvəl 81 nəfərin təbii fəlakət qurbanı olduğunu bildirmişdi.
















