• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukrayna 18 azərbaycanlı "qanuni oğru"ya sanksiya tətbiq etdi

HADİSƏ

15 May 2021 | 15:35

Ukrayna 18 azərbaycanlı "qanuni oğru"ya sanksiya tətbiq etdi

“2021-ci ilin əvvəlinədək Ukraynada 34 “qanuni oğru” yaşayırdı. Bu günə olan məlumata görə, onlardan səkkizi Ukraynadan çıxarılıb. 5 nəfəri isə Ukraynanı özləri tərk edib. Hazırda Ukrayna ərazisində 21 “qanuni oğru” var. Onlardan üçü həbsdə, biri isə ev dustaqlığındadı”. 

Bakıvaxtı.az-ın yerli KİV-ə istindən məlumatına görə, bunu Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko bildirib.

Klimenkonun dediyinə görə, Ukraynada arzuolunmaz hesab edilən bu şəxslərin etnik tərkibi də rəngarəngdir. Məlumata görə, çoxluq gürcü əsillilərdir. Siyahıda 356 gürcü “qanuni oğru” yer alıb. Ruslar siyahıda ikincidir - 129 nəfər. 18 azərbaycanlı “qanuni oğru” da sanksiyaya məruz qalanlar siyahısındadır.(lent.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR