• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ukrayna dünyanın ən qədim gəmisinə zərbə endirdi

DÜNYA

21 Aprel 2024 | 19:00

Ukrayna dünyanın ən qədim gəmisinə zərbə endirdi

Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinin Sevastopolda fəaliyyəti nəticəsində Rusiyanın “Kommuna” gəmisi yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb.

“Bu hadisə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin birbaşa iştirakı ilə baş verib. Gəmiyə dəyən zərərin xarakteri dəqiqləşdirilir, lakin ilkin məlumata görə, gəmi artıq tapşırıqları yerinə yetirməyə hazır deyil”, - deyə o bildirib.

Pletençukun sözlərinə görə, gəmi hərbi təyinatlı deyil və Rusiya donanmasının ən qədim gəmisi sayılır.

Qeyd edək ki, sözügedən gəmi dünyada xidmətdə olan və döyüş tapşırıqlarını icra edən ən qədim gəmidir.


SON XƏBƏRLƏR

26 Iyul 2024