• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

DÜNYA

10 Iyun 2026 | 13:37

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi təyinatlı bölməsi Rusiyanın Vladimir vilayətində yerləşən “Vtorovo” və “Lobkovo” neft nasos stansiyalarına PUA-larla zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SBU məlumat yayıb.

Hədəflərə qədər məsafə təxminən 700 km təşkil edib.

SBU bildirib ki, yerli hakimiyyət orqanları dron zərbələrindən sonra iki obyektdə yanğının baş verdiyini təsdiqləyib.

Qeyd olunub ki, bu cür obyektlərin vurulması strateji əhəmiyyət daşıyır, çünki bunlar Rusiyanın yanacaq logistikasının vacib hissələridir: “Neft nasos stansiyalarının işinin pozulması sənaye mərkəzlərinə və hərbi infrastruktura yanacaq tədarükünü çətinləşdirir, həmçinin neft məhsullarının ixracına mənfi təsir göstərir”.

Vurğulanıb ki, hər belə zərbə Rusiyanın resurslarını, Ukraynaya qarşı müharibəni davam etdirmək üçün istifadə etdiyi gəlirləri azaldır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026