• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ukraynada mənə qarşı sui-qəsd olacağından narahat idim - Bayden

DÜNYA

17 Yanvar 2025 | 11:17

Ukraynada mənə qarşı sui-qəsd olacağından narahat idim - Bayden

ABŞ Prezidenti Cozef Bayden bildirib ki, 2023-cü ildə Kiyevə elan edilməmiş səfəri zamanı ona qarşı sui-qəsd baş verəcəyindən ehtiyat edib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə MSNBC telekanalına müsahibəsində deyib.

C.Bayden münaqişənin qızğın çağında Ukraynaya səfərinin təfərrüatlarını jurnalistin "ABŞ qüvvələrinin nəzarətində olmayan" döyüş zonasına getmək qərarını necə qəbul etməsi barədə sualını cavablandırarkən bölüşüb.

"Mən Ukraynada rusiyalıların nəzarətində olan və ya onlarla əməkdaşlıq edən radikal elementlərin sui-qəsd törətməyə cəhd göstərə biləcəyindən narahat idim", - o bildirib.


SON XƏBƏRLƏR

18 Aprel 2025