• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

 “Ukraynada nüvə silahından istifadə münaqişənin..." - Stoltenberq

DÜNYA

02 Oktyabr 2022 | 19:30 | Müəllif: Subhan Mahmudov

“Ukraynada nüvə silahından istifadə münaqişənin..." - Stoltenberq

Ukraynada nüvə silahından istifadə bu münaqişənin mahiyyətini tamamilə dəyişəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu bazar günü nümayiş etdirilən NBC televiziya şirkətinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı deyilənləri “təhlükəli və məsuliyyətsiz” ritorika adlandırıb.

“Bu səbəbdən biz prezident Vladimir Putinə açıq şəkildə bildirdik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün ağır nəticələrə səbəb olacaq və əlbəttə ki, münaqişənin xarakterini dəyişəcək”, - o qeyd edib.

“Nüvə müharibəsində qalib olmayaq”, - Stoltenberq əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR