• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

USAID-ə o rəhbərlik edəcək

DÜNYA

04 Fevral 2025 | 13:14

USAID-ə o rəhbərlik edəcək

ABŞ-nin Dövlət katibi Marko Rubio USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi -red.) direktorunun səlahiyyətlərini icra edəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu “Fox News” kanalına müsahibəsində qeyd edib.

Bildirilib ki, Rubio USAID-in Dövlət Departamentinin siyasət direktivlərinə cavab verməli olduğunu, lakin bunu etməkdən imtina etdiyini deyib.

O, həmçinin USAID-i itaətsizlikdə və ABŞ-nin milli maraqlarına məhəl qoymamaqda ittiham edib: “USAID Amerikanın xarici siyasətinin bir hissəsinə çevriləcək. USAID Amerika vergi ödəyicilərinin pullarını xərcləyir. Dəfələrlə buna məhəl qoymayıb və qərara alıblar ki, onlar qlobal xeyriyyə təşkilatıdır və milli maraqlardan asılı olmayaraq fəaliyyət göstərirlər”.

Xatırladaq ki, bundan əvvəl “Associated Press” agentliyi ABŞ Prezidenti Donald Trampın USAID-i Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığını yazmışdı. 


SON XƏBƏRLƏR

04 Fevral 2025