• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Uşaqlarda halsızlıq, əsmə, baş gicəllənmə... Təzyiq problemi nədən yaranır?

CƏMİYYƏT

01 Avqust 2023 | 11:19 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlarda halsızlıq, əsmə, baş gicəllənmə... Təzyiq problemi nədən yaranır?

Təəssüf ki, son illər xəstəlik və ölüm cavanlaşıb. Artıq təzyiq oynaması da buna daxildir. Belə ki, son zamanlar valideynlər övladlarının bir az ac qalan kimi halsızlaşmasından, əllərinin əsməsindən şikayət edirlər. Onlar bunun təzyiqlə bağlı olduğunu, uşaqların təzyiqinin düşdüyünü iddia etdilər.

Uşaqlarda təzyiq problem nədən yaranır?

Pediatr Qoşqar İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşaqlar arasında təzyiq problemləri elə də olmur: “Yəni təzyiq nə yuxarı, nə də aşağı olur. Bu, çox nadirən, ciddi bir xəstəlik fonunda ola bilər”. Uşaqların təzyiqi yaşa görə dəyişir. Normalara əsasən, 2-3 yaşa qədər uşaqlarda yuxarısı 80-90, aşağısı isə 50-60 civarında olur: “Bundan yuxarı və ya aşağı olarsa, bu, ciddi bir xəstəliyin göstəricisidir. Uşaqlarda böyük adamlardakı kimi olmur. Ona görə, deyə bilmərik ki, təzyiqi düşüb, şirin yesin qalxsın”.

Pediatr qeyd edib ki, uşaqlarda halsızlaşma, ac olduqda əsmə, əsasən, şəkərlə bağlıdır: “Qanda şəkər aşağı düşdükdə istər uşaqda, istərsə də böyükdə soyuq tər basır, əllər əsir, əsəb gəlir, gözlər qaralır, baş gicəllənir, hətta həmin adam yıxıla da bilər. Bir az şirniyyat yeyən kimi özünə gəlir”.

Q.İsmayılov bildirib ki, bu hal, əsasən, çox işləyən, idman və zehni işlə məşğul olan, ac qalan uşaqlarda ola bilər: “Bu, fiziolojidir. Digər tərəfdən, bu, müxtəlif mədəaltı vəzi xəstəlikləri fonunda da yaranır. Belə olduqda, tərsinə olur. Belə ki, insulin həddən artıq ifraz olunur. Şəkərli diabetin əksinə olaraq burda şəkər çox aşağı düşür. Şəkər çox aşağı düşəndə bu əlamətlər əmələ gəlir. Belə əlamətlər nəinki şəkərin, təzyiqin də düşməsinə gətirib çıxara bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026