• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Vaşinqtonda NATO sammiti öz işinə başlayıb

DÜNYA

09 Iyul 2024 | 20:38 | Müəllif: Subhan Mahmudov

Vaşinqtonda NATO sammiti öz işinə başlayıb

NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edirlər.

NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçirilən sammitin əsas mövzu Rusiya-Ukrayna müharibəsidir. Sammitin açılışını ABŞ dövlət katibi Antoni Blinken edib. Üzv ölkələr sammit çərçivəsində aparılan danışıqlardan sonra Ukraynaya əhəmiyyətli dəstək paketini açıqlayacaqlar.

Ev sahibi ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin sağlamlıq vəziyyəti ilə əlaqədar onun sammitdə iştirak edəcəyi sual altındadır.

Qeyd edək ki, NATO sonuncu dəfə 2012-ci ildə 50 illik yubileyini qeyd edərkən ABŞ-də sammit keçirib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026