• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Viktor Orban: “Avropa İttifaqının sonu Sovet İttifaqı kimi ola bilər”

DÜNYA

23 Oktyabr 2022 | 23:45 | Müəllif: Subhan Mahmudov

Viktor Orban: “Avropa İttifaqının sonu Sovet İttifaqı kimi ola bilər”

“Avropa İttifaqının sonu 30 ildən çox əvvəl dağılmış Sovet İttifaqı kimi ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Macarıstana kölgədən və ya Brüssel yüksəkliyindən atəş açanları narahat etməyək. Onlar sələfləri ilə eyni yerdə olacaqlar. İmperiya hücum edəndə biz burada idik, sonuncusu dağılanda da burada olacağıq” - deyə, o bildirib.

Onun sözlərinə görə, ölkə əhalisi bütün çətinliklərə mübarizə aparmağa qadirdir:

“Lazım olanda dözəcəyik və bacardıqca müqavimət göstərəcəyik. İmkanımız olanda qılıncımızı çəkirik, uzun illər zülm gələndə isə müqavimət göstəririk. Uğursuz olduğumuz zaman da qalib gəlirik”.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR