Formula 1 Yaponiya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.
Bakıvaxtı.az bu barədə yarışın rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında 5 illik yeni sözləşmə imzalanıb. Anlaşmaya əsasən, Suzuka trası 2029-cu ilədək Qran-priyə ev sahibliyi edəcək.
Qeyd edək ki, ötən il Yaponiya Qran-prisinin qalibi “Red Bull” pilotu Maks Ferstappen olub.
















