• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yaxın vaxtlarda SÜLH SAZİŞİ imzalana bilər

SİYASƏT

08 Dekabr 2023 | 13:52

Yaxın vaxtlarda SÜLH SAZİŞİ imzalana bilər

Erməni deputat yaxın vaxtlarda Azərbaycanla sülh sazşinin imzalanmasını mümkün hesab edir.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

O qeyd edib ki, Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş naziri Aparatının birgə açıqlaması buna müsbət zəmin yaradır.

Onun sözlərinə görə, bu açıqlama sülh sazişinin imzalanmasına müsbət təsir göstərə bilər: “Çünki açıqlamada ən azı müsbət ifadələr var və bu da gələcək danışıqların daha rahat keçməsinə kömək edə bilər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026