• Bakı 25° C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

19 yaşlı üzgüçüdən İNANILMAZ REKORD
DÜNYA
16 Avqust 2026 | 00:04

19 yaşlı üzgüçüdən İNANILMAZ REKORD

19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1 500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə yeni dünya rekordu müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, Parisdə keçirilən Avropa çempionatının finalında o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edib.

Əvvəlki rekord amerikalı Bobbi Finkə məxsus olub. O, Paris Olimpiadasında məsafəni 14 dəqiqə 30,67 saniyəyə qət edib.

Bu növdə Avropa çempionatının gümüş medalını macarıstanlı Zalan Şarkan, bürünc medalını isə almaniyalı Oliver Klemet qazanıb.

Libman Parisdə keçirilən Avropa çempionatında ikinci qızıl medalını əldə edib. O, daha əvvəl 800 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə Avropa rekordu müəyyənləşdirərək çempion olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026