Mərakeş polisi İspaniyanın muxtar şəhəri Seutaya keçmək istəyən 111 miqrantı saxlayıb.
Bakıvaxtı.az Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Mərakeş hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd olunub ki, saxlanılanlardan 109-u Afrikanın cənubundakı ölkələrdən, ikisi isə Mərakeş vətəndaşıdır. Bütün saxlanılmalar Seutanın qarşısında yerləşən Fnidek şəhərində həyata keçirilib.
Daha əvvəl EFE agentliyi Mərakeş təhlükəsizlik qüvvələrinin yüzlərlə miqrantın Seutaya qanunsuz keçmək cəhdinin qarşısını aldığını bildirmişdi.
Bakı 











