• Bakı 25° C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Rəsmi Moskva ABŞ və Türkiyədən izahat TƏLƏB ETDİ
DÜNYA
16 Avqust 2026 | 00:18

Rəsmi Moskva ABŞ və Türkiyədən izahat TƏLƏB ETDİ

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ və Türkiyədən Ukraynaya Türkiyədəki ehtiyatlardan Amerika silahlarının tədarükü planları ilə bağlı izahat tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yayıb.

Zaxarovanın sözlərinə görə, Kiyevə yeni silah tədarükü hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək, lakin Rusiya ilə ABŞ və Türkiyə arasındakı münasibətlərə “ciddi zərər” vuracaq.

Qeyd edək ki, Ukraynanın Türkiyədə yerləşən ABŞ silahlarını əldə edə biləcəyi barədə məlumat ötən günlərdə ABŞ Konqresinin sənədlərində üzə çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026