Zimbabvenin Kariba gölündə qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.
Bakıvaxtı.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, axtarış-xilasetmə işləri zamanı daha 22 nəfərin meyiti aşkarlanıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 68-ə yüksəlib.
Qeyd edək ki, avqustun 11-də Zimbabvenin Kariba gölündə sərnişin qayığı çevrilib. Gəminin tutumu 90 nəfər olsa da, göyərtədə 150-dən çox insanın olduğu bildirilir. Hadisənin güclü külək və gəminin həddindən artıq yüklənməsi səbəbindən baş verdiyi ehtimal olunur.
Bakı 











