• Bakı 27° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

ABŞ Ali Məhkəməsi Trampa icazə verdi - yarım milyon miqrant...
DÜNYA
30 May 2025 | 22:28

ABŞ Ali Məhkəməsi Trampa icazə verdi - yarım milyon miqrant...

ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasına Venesuela, Haiti, Kuba və Nikaraquadan olan 500 mindən çox immiqrantın ABŞ-da hüquqi statusundan imtina etməyə icazə verib.

Bakıvaxtı.azTASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında bildirilir.

Vurğulanır ki, Ali Məhkəmə icra hakimiyyətinin ABŞ-nin 46-cı prezidenti Cozef Baydenin administrasiyasının başlatdığı müvafiq proqramı ləğv etmək tələbini təmin edib.

Bundan əvvəl aşağı məhkəmələr Vaşinqtonun dörd Latın Amerikası ölkəsindən olan 532 min miqranta verdiyi hüquqi statusu ləğv etmək cəhdini rədd etmişdi.

Məhkəmələr müəyyən edib ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti hər bir fərdi iş üzrə lazımi təhlil aparmayıb. Lakin Ali Məhkəmənin qərarı Əfqanıstan və Ukrayna kimi digər ölkələrin vətəndaşlarının hüquqi statusunu ləğv etmir.

Venesuela, Haiti, Kuba və Nikaraquadan olan miqrantlar sponsor tapa bilsələr, ABŞ-yə daxil olmaq üçün əvvəlcədən müraciət edə və iki il müddətinə iş icazəsi ala bilərlər. Proqram respublikaçılar tərəfindən kəskin tənqid edilib./report


SON XƏBƏRLƏR

31 May 2025