• Bakı 27° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Rusların İstanbula nə ilə gələcəklərindən xəbərsizik - Zelenski
DÜNYA
01 Iyun 2025 | 00:13

Rusların İstanbula nə ilə gələcəklərindən xəbərsizik - Zelenski

Hazırkı vaxta olan məlumata görə, rusiyalıların İstanbula hansı gündəliklə gələcəyi barədə dəqiq informasiya yoxdur. Bizdə, Türkiyədə, ABŞ-da məlumat yoxdur, digər tərəfdaşlarda da yoxdur. Və hələlik bu, o qədər də ciddi görünmür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində bildirib.

O əlavə edib ki, bu məsələni dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

Zelenskinin sözlərinə görə, Ukrayna hakimiyyəti Avropa tərəfdaşları və ABŞ-la birlikdə yeni diplomatik addımlara hazırlaşır.

Qeyd edək ki, İstanbulda danışıqlar iyunun 2-də keçiriləcək.


SON XƏBƏRLƏR

01 Iyun 2025