Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir.
Bakıvaxtı.az-ın məlumatına görə, kütləviliyi təmin etmək məqsədi ilə aparılan işlər çərçivəsində federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib.
"Gənclik" metrosu yaxınlığında - “Dədə Qorqud” parkında keçirilən ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb. Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət ediblər. 100-dən çox uşaq və yeniyetmə avarçəkmə qayıqları sürüblər. Tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu cür tədbirləri mütəmadi olaraq təşkil edir.