“Bir neçə gün əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev arasında baş tutan görüş şəxsi xarakter daşıyıb”.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidentinin Moskvaya səfəri şəxsi, qeyri-rəsmi xarakter daşıyıb.
A.Ukibay, həmçinin qeyd edib ki, Nazarbayevi Putinlə dövlət səlahiyyətlərinin olub-olmamasından asılı olmayaraq qorunub saxlanan çoxillik dostluq münasibətləri bağlayır.
Qeyd olunub ki, Nazarbayev İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr edilmiş tədbirə dəvət edilsə də, iştirak edə bilməyib və bu səbəbdən də Moskvaya daha sonradan səfər edib.
Xatırladaq ki, tərəflər arasında görüş mayın 29-da baş tutub.