• Bakı 26° C

    12.96 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

ABŞ Hörmüz boğazını minalardan tam təmizlədi - CENTCOM 
DÜNYA
28 Avqust 2026 | 16:32

ABŞ Hörmüz boğazını minalardan tam təmizlədi - CENTCOM 

Boğazın beynəlxalq gəmiçilik marşrutlarında minalar IRGC tərəfindən yerləşdirilib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi, admiral Bredli Kuper açıqlama verib.

O, ABŞ ordusunun Hörmüz boğazındakı bütün minaları təmizlədiyini elan edib:

"Biz boğazın beynəlxalq gəmi marşrutlarında İranın İslam İnqilab Keşikçiləri Korpusu (IRGC) tərəfindən qoyulmuş dəniz minalarını uğurla təmizləmişik".

 ABŞ müttəfiqləri isə hesab edirlər ki, bəzi minalar hələ də Boğazda qalır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026