• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ağ Ev  yüzlərlə qrantı ləğv etdi
DÜNYA
19 Aprel 2025 | 11:07

Ağ Ev  yüzlərlə qrantı ləğv etdi

Ağ Ev ümumi məbləği 200 milyon dollardan çox olan 400-dən çox qrantı ləğv edib.

Bakıvaxtı.az Oxu.az-a istinadən u barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, söhbət müxtəliflik, bərabərlik və inklüzivliyin (DEI) irəlilədilməsi üçün nəzərdə tutulmuş qrantlardan gedir.

DOGE bəyanatında hansı müxtəliflik, bərabərlik və inklüziv proqramlara qrantların ləğv edildiyini açıqlamayıb.

Ağ Ev, həmçinin NPR radiostansiyasını və PBS telekanalını 1.1 milyard dollarlıq maliyyədən məhrum etməyi planlaşdırır.

 

 


SON XƏBƏRLƏR