• Bakı 13° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan vətəndaşı Almaniyada sevgilisini öldürdü
HADİSƏ
19 Aprel 2025 | 17:55

Azərbaycan vətəndaşı Almaniyada sevgilisini öldürdü

Aprelin 8-də Almaniyanın Virtsburq şəhərində 45 yaşlı qadın çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Virtsburq Şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, qadının zorakılıqla qətlə yetirilməsindən sonra onun partnyoru qətldə şübhəli bilinərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qadının meyiti tibbi-ekspertizaya göndərilib.

Polisin açıqlamasına əsasən, qadın çoxsaylı bıçaq xəsarətləri alıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin 45 yaşlı Azərbaycan vətəndaşı olduğu açıqlanıb.

O, hadisədən sonra özü təcili yardıma zəng vurub və polis tərəfindən hadisə yerində saxlanılıb.

Qətlə yetirilən qadının və şübhəli şəxs qismində həbs edilən kişinin adı açıqlanmır.

Hazırda hadisənin motivi araşdırılır.


SON XƏBƏRLƏR

19 Aprel 2025