• Bakı 13° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan tütün idxalına xərclərini təxminən 1 % artırıb
İQTİSADİYYAT
19 Aprel 2025 | 17:37

Azərbaycan tütün idxalına xərclərini təxminən 1 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 26,597 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 9,712 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,5 % azdır.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,47 %-ni, ixrac isə ümumi ixracın 0,15 %-ni təşkil edib.

Xatırladaq ki, I rübdə Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.


SON XƏBƏRLƏR

19 Aprel 2025