• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ağcabədidə məktəb binasında yanğın 
HADİSƏ
29 Noyabr 2026 | 13:23

Ağcabədidə məktəb binasında yanğın 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Minaxorlu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 370kv.m. olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan digər məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb. 

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. 

Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026