“Mançester Yunayted” İngiltərə Premyer Liqası tarixində arzuolunmaz rekorda imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, Mançester təmsilçisi çempionatın 12-ci turunda “Brentford”a 0:4 hesabı ilə uduzub.
Bu məğlubiyyətdən sonra komandanın Premyer Liqada qələbə qazana bilmədiyi oyunların sayı 10-a yüksəlib. “Qırmızı şeytanlar” bu müddətdə 5 heç-heçə edib, 5 görüşdə isə meydanı məğlub tərk ediblər. Bu, klubun Premyer Liqa tarixində ən uzun qələbəsiz seriyasıdır.
12 turdan sonra cəmi 8 xalı olan “Mançester Yunayted” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.












