• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çətin mövsüm keçiririk - Mahir Emreli
İDMAN
29 Noyabr 2026 | 11:12

Çətin mövsüm keçiririk - Mahir Emreli

Azərbaycan millisinin və Polşanın “Rakuv” klubunun futbolçusu Mahir Emreli komandasının uğursuz çıxışı ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, Polşa çempionatının 16-cı turunda “Piast”la ev oyununda (1:2) qol vuran 29 yaşlı hücumçu instaqram hesabında yazıb:

“İlin son ev oyunu. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.

İndiyədək çətin mövsüm keçiririk. Amma klubda hər kəs – futbolçular, məşqçilər və digər əməkdaşlar vəziyyəti dəyişmək üçün əllərindən gələni edirlər. Birlikdə çalışmağa və mübarizə aparmağa davam edirik.

Xüsusilə çətin anlarda göstərdikləri inanılmaz dəstəyə və sədaqətə görə azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Siz daha artığına layiqsiniz. Dəstəyinizi heç vaxt adi hal kimi qəbul etməyəcəyik.

Qeyd edək ki, Çenstoxova təmsilçisi 15 xalla Polşa çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026