• Bakı 18° C

    10.66 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Ağdərədə mülki şəxs MİNAYA DÜŞDÜ - YENİLƏNİB
HADİSƏ
30 May 2025 | 21:38

Ağdərədə mülki şəxs MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Tərtər rayonunun Qızıloba kəndi ərazisində 2025-ci il 30 may tarixində mina hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Məlumatda bildirilib ki, Tərtər rayonu, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

 

***19:48

Ağdərə ərazisində mülki şəxs minaya düşüb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində baş verib.

Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal - qara oturarkən minaya düşüb. Hazırda yaralının ərazidən götürülməsi üçün, işlər aparılır.


SON XƏBƏRLƏR

31 May 2025