Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,7 min sərnişin və ya 9,6 % çoxdur.
Hesabat dövründə hava yolu ilə daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə yükdaşıma 2 % və ya 2,6 min ton artaraq 130,1 min ton olub.
Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan yüklərin həcmi 76,1 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə danışıb.