• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi - YENİLƏNİB
CƏMİYYƏT
11 Dekabr 2025 | 21:29

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi - YENİLƏNİB

Bakıda 14 yaşlı yeniyetmənin uşaq dünyaya gətirməsi faktı ciddi narahatlıq doğuran və dərhal müdaxilə tələb edən məsələdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Dövlət Komitəsi belə hallarla bağlı fəaliyyətini həm hüquqi, həm də sosial müdaxilə mexanizmləri əsasında həyata keçirir. Faktla bağlı artıq Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub.

Məlumata görə, fakt barədə məlumat daxil olan kimi Komitə əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə araşdırmaya başlayıb. Yeniyetmənin təhlükəsizliyi, vəziyyəti və hüquqlarının qorunması yönündə təcili tədbirlər görülür.

"Komitə üçün əsas prioritet yeniyetmənin hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması və qanun pozuntusuna yol verən şəxslərin qanunvericilik qarşısında cavab verməsidir. Bu iş üzrə araşdırma tamamlananadək proses diqqətdə saxlanılacaq", - açıqlamada bildirilir.

 

 

19:27

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü yeniyetmə bu gün paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR