• Bakı 15° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi
HADİSƏ
04 Noyabr 2025 | 16:06

Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi

Bakıda musiqi məktəbində oğurluq hadisəsi olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən Bülbül adına Musiqi Məktəbində qeydə alınıb.

Ali məktəbə daxil olmaq üçün burada hazırlığa gələn 19 yaşlı Firəngiz Mütəllimova (ad və soyad şərtidir) müəlliməsinin bank kartını oğurlayıb. Daha sonra sevgilisi ilə görüşərək kartdakı vəsaitləri birlikdə xərcləyiblər. Bu əməlinə görə, Firəngiz barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmək) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq üçün Bülbül adına Musiqi Məktəbinə, kamança müəlliməsinin yanına hazırlığa gedib:

“Sinif otağında olanda müəllimənin çantası açıq idi. İçərisindən bank kartını götürdüm ki, sonra hesabdakı pulları xərcləyərəm. Münasibətdə olduğum şəxslə görüşüb Malakan bağında gəzirdik. Kartdakı pullarla, soyuq çaylar, siqaretlər, “Seyidin dönəri” adlanan obyektdən 2 ədəd dönər və elektron qəlyanlar aldıq. Pul qurtaranda kartı zibil qutusuna atdım. Bir neçə gün sonra polisə dəvət olundum. Müəllimə kartındakı puldan 101 manat xərclədiyimi dedi”.

Firəngiz Mütəllimova sonradan dəymiş zərəri ödəyib və əməlindən peşman olduğunu bildirib. Buna görə, barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən isə ifadəsində bildirib ki, Firəngiz hazırlıqdan sonra xalası qızı ilə görüşəcəyini deyib:

“Sinif otağından çıxanda otaqda təkcə Firəngiz vardı. Otağa qayıdanad çantama baxmadan çıxdım. Yolda olanda kartdan pul xərclənməsi ilə bağlı 3 bildiriş gəldi. Dərhal kartı blokladım. Firəngizdən kartı görüb-görmədiyini soruşdum. Pulların xərcləndiyi ünvanlardakı kameralara baxanda Firəngizin bank kartımı oğurladığı sübuta yetirildi”.

Zərərçəkən ona dəymiş ziyanın gec də olsa ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını qeyd edib.

Səbail rayon Məhkəməsində hakim Sahilə Bağırovanın sədrliyi ilə keçirilən iclasda Firəngiz Mütəllimova barəsində 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib./lent


SON XƏBƏRLƏR