“Liverpul”un sabiq müdafiəçisi, hazırda “Real Madrid”də çıxış edən Trent Aleksandr-Arnold avtomobil qəzasında həlak olan Dioqo Jotanın xatirəsini anıb.
Bakıvaxtı.az xəbər verir ki, futbolçu mərhum komanda yoldaşının xatirəsinə ucaldılmış xatirə kompleksinin önünə qırmızı və ağ güllərdən ibarət buket, eləcə də qırmızı oyun konsolu və məktub qoyub.
“Əziz dostum Dioqo, biz səni çox darıxırıq və hələ də səmimi şəkildə sevirik. Sənin və Andrenin xatirəsi həmişə bizimlə qalacaq. Hər dəfə səndən danışanda gülümsəyirəm və birgə keçirdiyimiz gözəl günləri heç vaxt unutmayacağam. Sənin üçün hər gün darıxıram, dostum”, – deyə Arnold məktubunda yazıb.
Qeyd edək ki, bu gün “Real Madrid” Çempionlar Liqasının Liqa mərhələsində “Liverpul”la qarşılaşacaq. Oyun “Enfild” stadionunda keçiriləcək./Qafqazinfo
Bakı 










