• Bakı 20° C

    17.21 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Bu cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər - FOTOLAR
CƏMİYYƏT
01 Iyun 2025 | 12:13

Bu cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər - FOTOLAR

1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən təsis edilmiş və dünyanın əksər dövlətlərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tanınan 1 iyun tarixi ölkəmizdə də hər il qeyd edilir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bu münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində növbəti tədbir təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birgə təşkil edilən tədbirdə məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.

Məhkumlar tərəfindən hazırlanmış xüsusi proqram, animasiya qəhrəmanlarının iştirakı ilə musiqili şoular, əyləncə atraksionları böyük maraq və sevinc hissi ilə qarşılanıb.


SON XƏBƏRLƏR

02 Iyun 2025