Rusiya və Ukrayna arasındakı münaqişənin gərginləşməsi fonunda dünyada buğdanın qiyməti üç ilin ən yüksək səviyyəsinə çatıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Qara dənizdə vəziyyətin gərginləşməsi limanlara və taxıl terminallarına zərər verib, əsas ixrac bölgələrindən birindən təchizatı əhəmiyyətli dərəcədə azaldıb.
Nəşrə görə, Rusiya və Ukrayna əvvəllər qlobal ixracatın dörddə birindən çoxunu təşkil edirdi. Yaxın Şərqdəki münaqişə səbəbindən artan enerji və nəqliyyat qiymətləri istehlakçılar üçün yeni ərzaq inflyasiyası ehtimalını artırır.
Əgər Qara dənizdə vəziyyətin həlli və gəmiçilik imkanlarının yaxşılaşdırılması təmin edilməsə, qiymətlər artmağa davam edəcək.
Gülşən Şərif












