• Bakı 25° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Bunu evdən öyrənib efirə gəlin - Könül Kərimovadan irad
ŞOU
31 Iyul 2026 | 00:52

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Əməkdar artist Könül Kərimova gənc ifaçıların yaşlı sənətkarlara münasibətini tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, müğənni bu barədə "Günorta efirdəyik" verilişində danışıb:

"Bir az böyük-kiçik bilin. Böyükləri görəndə necə, hansı tonda danışmaq lazım olduğunu öyrənin. Bunu evdən öyrənib efirə gəlin. Hər kəs öz yaşıdları ilə uyğunlaşıb danışmalıdır. Dünən çıxan gənclər neçə ilin sənətkarına dil uzatmağa, yersiz söz deməyə başlayırlar. Bu, düzgün deyil. Ümumiyyətlə, hər şey insanın ailədən aldığı tərbiyədən irəli gəlir. Ona görə də çox heyif. Biz belə görməmişik, belə öyrənməmişik.

Olub ki, hansısa sözə görə incimişəm, içimdə küskünlük olub. Amma böyüklərimiz, ustadlarımız qarşıma çıxanda bunu heç vaxt hiss etdirməmişəm. Görmüşəm ki, uzaqdan gəlirlər, onlar yanıma çatana qədər ayağa qalxıb gözləmişəm"./Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026