• Bakı 25° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

“Qarabağ” Avroliqa ilə VİDALAŞDI - YENİLƏNİB
İDMAN
31 Iyul 2026 | 00:49

“Qarabağ” Avroliqa ilə VİDALAŞDI - YENİLƏNİB

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə də qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) meydan sahibləri avroliqanın III təsnifat mərhələsinə yüksəliblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə mübarizəni Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda burada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.

 

00:36

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda əlavə vaxt başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulacaq.

30 iyul, 23:58

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk əlavə vaxt başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılır. Əgər burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

30 iyul, 23:53

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Əgər burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

23:06

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

 

22:50

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

 

22:02

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026