Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.