• Bakı 23° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

İsraillə müharibə ehtimalı çox yüksəkdir - İran XİN
DÜNYA
05 Sentyabr 2025 | 22:57

"İsraillə müharibə ehtimalı çox yüksəkdir" - İran XİN

"Tehran bölgədə yeni müharibənin qarşısını almağa çalışır, lakin İranla İsrail arasında hərbi toqquşma ehtimalı çox yüksək olaraq qalır".

Bakıvaxtı.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib.

O, əlavə edib ki, İrana qarşı aparılan müharibə nüvə məsələsində vəziyyəti dəyişdirib və Beynəlxalq Atom Enerjisi Agentliyi ölkənin nüvə obyektlərinə dəstək verə bilməyib.

Habelə İsraillə 12 günlük müharibənin gedişindən danışan Xətibzadə qeyd edib ki, toqquşmanın əvvəlində İran generallarının öldürülməsi səbəbindən ölkədə təhlükəsizlik problemi yaranıb, lakin qısa müddət sonra vəziyyətə nəzarət bərpa edilib.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025